Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiya xarici işlər naziri Sergey Lavrovun Buçadakı təxribatla bağlı 12 sualını cavabsız qoyub.
Publika.az xəbər verir ki, diplomat bu açıqlamanı TASS agentliyinə verdiyi müsahibədə deyib.
Loqvinov xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyi artıq bir neçə ildir ki, BMT ilə işləyir və bunu maksimum şəffaflıqla həyata keçirir. O, qeyd edib ki, Buça ilə bağlı BMT Katibliyi ilə diplomatik yazışmalar Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub və onun yenidən nəzərdən keçirilməsini tələb edib.
“Aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Quterreşə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 2022-ci il hesabatı ilə bağlı 12 konkret sual vermişdi. Hələ ki, onlardan heç birinə cavab almamışıq”, - diplomat bildirib.
Müəllif: Tural




