Qətər Vəqflər və İslam İşləri Nazirliyi noyabrın 5-də ölkə ərazisindəki bütün məscidlərdə yerli vaxtla saat 05:59-da kütləvi yağış duasının ediləcəyini açıqlayıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin yaydığı rəsmi bəyanatda bütün müsəlmanlar bu ibadətə dəvət olunub, tövbə etməyə, günahlardan əhv diləməyə və ehtiyac sahiblərinə sədəqə verməyə çağırış edilib.
Açıqlamada yağış duasında iştirak edəcək şəxslərin sadə geyimlər geyinmələri, təvazökarlıq içərisində ibadət etmələri tövsiyə olunub. Həmçinin cəmiyyətin tanınmış şəxslərinin də namazda iştirakının vacibliyi diqqətə çatdırılıb.
Qətər Əmiri Təmim bin Həməd Al Sani də əhaliyə müraciət edərək istisqa (yağış) namazına qatılmağa çağırıb.
Bizim.Media
Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

