Dünya · Azxeber.com

Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib xəbəri üçün şəkil
Şimali Koreyada ən yeni hava hücumundan müdafiə (HHM) kompleksinin sınağı keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Sınaq atışı Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasının üzvü, ordu generalı Kim Çonun rəhbərliyi ilə həyata keçirilib.
Sınaq zamanı raketin yeni materiallarının texniki xüsusiyyətləri və etibarlılığı, intellektual çoxkomponentli tuşlama sisteminin imkanları, hədəflərin aşkarlanması və identifikasiyası, eləcə də məlumatların emalı blokunun fəaliyyəti təsdiqlənib.
Həmin gün uzaqmənzilli strateji qanadlı raket bölmələri də atəş gücünün tətbiqini nümayiş etdirən təlimlər keçirib. Raketçilər şərti hədəfin yerləşdiyi aerodroma dəqiq zərbə endiriblər.
Məlumatda qeyd olunur ki, keçirilən sınaq və təlimlər döyüş sistemlərinin texniki cəhətdən təkmilləşdirilməsi və etibarlılığının artırılmasına yönəlmiş müdafiə tədbirlərinin davamıdır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑