Dünya · Publika.az

Hoteldə ölü tapılan nazirin ehtimal olunan ölüm səbəbi açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hoteldə ölü tapılan nazirin ehtimal olunan ölüm səbəbi açıqlandı xəbəri üçün şəkil

Almaniyanın Bavariya federal əyalətinin iqtisadiyyat naziri Hubert Ayvangerin səhhətində yaranan problemlər səbəbindən vəfat etdiyi ehtimal olunur.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Tagesspiegel” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda siyasətçinin zorakılıq nəticəsində öldüyünü göstərən əlamətlər aşkarlanmayıb.

Partiyadakı mənbələr bildiriblər ki, Ayvanger noyabrın 4-də səhər saatlarına planlaşdırılan müsahibəsini özünü pis hiss etdiyi üçün ləğv edib. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, 55 yaşlı siyasətçi Berlinin “Neuer Fritz” hotelində ölü tapılıb. O, səhhətindəki problemlərə görə “Azad Seçicilər” Partiyasının Berlində yeni nümayəndəliyinin açılışında iştirak etməyib.

Qeyd edək ki, Ayvanger “Azad Seçicilər” Partiyasının sədri, Bavariyanın iqtisadiyyat naziri və Baş nazir Markus Zöderin müavini idi.

Ölümün dəqiq səbəbi hələlik rəsmi şəkildə müəyyən edilməyib. (Teleqraf)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑