Dünya · Baku.ws

Bavariyanın iqtisadiyyat naziri Berlində hotel otağında ölü tapıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bavariyanın iqtisadiyyat naziri Berlində hotel otağında ölü tapıldı xəbəri üçün şəkil

Almaniyanın Bavariya federal torpağının baş nazirinin müavini və iqtisadiyyat naziri Hubert Ayvanqerin Berlində hotel otağında meyiti aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri Bavariya hökumətində və Berlin polisindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, noyabrın 4-də Berlində "Azad Seçicilər" Partiyasının nümayəndəliyinin açılış mərasimi keçirilib. Lakin özünü yaxşı hiss etmədiyi üçün Hubert Ayvanqer tədbirdə iştirak etməyib. O, Almaniya paytaxtının mərkəzində yerləşən "Neuer Fritz" hotelində qalıb.

Siyasətçinin ölümünün hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı onun ailəsinə məlumat verildiyi bildirilir.

Qeyd edək ki, Hubert Ayvanqer 2018-ci ildən Bavariyanın baş nazirinin müavini, eyni zamanda iqtisadiyyat, regional inkişaf və energetika naziri vəzifələrini icra edirdi. O, həmçinin "Azad Seçicilər" Partiyasına rəhbərlik edirdi.

Sözügedən siyasi qüvvə Bavariyada Xristian-Sosial İttifaqı ilə birlikdə hakim koalisiyada təmsil olunur. Ayvanqerin Taniya Şvaygerlə nikahından iki övladı var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑