Dünya · Azxeber.com

Putin və Pezeşkian Moskvada Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin və Pezeşkian Moskvada Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər xəbəri üçün şəkil
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian regiondakı vəziyyəti, eləcə də iki ölkə arasında iqtisadi-ticari və humanitar əməkdaşlığın inkişafını müzakirə ediblər.
Görüş Moskvada Qaz İxrac edən Ölkələr Forumunun 8-ci sammiti çərçivəsində keçirilib.
Putin regiondakı vəziyyətin Moskva və Tehranda narahatlıq doğurduğunu bildirib.
O qeyd edib ki, bu ilin ilk səkkiz ayında Rusiya ilə İran arasında ticarət dövriyyəsi 10,4 faiz artıb. "Buşehr” Atom Elektrik Stansiyasının tikintisi davam edir, humanitar sahədə əməkdaşlıq inkişaf edir. Xüsusilə də, Rusiyanın ali təhsil müəssisələrində təhsil alan iranlı tələbələrin sayı 10 min nəfərə yaxınlaşıb.
Peşekian isə regionda əməkdaşlığın gücləndirilməsinin, iqtisadiyyat, elm, təhlükəsizlik və digər sahələrdə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑