Dünya · Azxeber.com

Pezeşkian: Düşmən bizi diz çökdürə bilməz

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian: Düşmən bizi diz çökdürə bilməz xəbəri üçün şəkil
Əgər ölkənin daxilində sabitlik olsa, İran İslam Respublikası ABŞ qarşısında təslim olmayacaq.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"Əgər biz özümüz özümüzə sanksiya tətbiq etməsək, seçici şəkildə kənarlaşdırma addımları atmasaq, düşmən bizi kənarlaşdıra və ya diz çökdürə bilməz", - o bildirib.
Pezeşkianın sözlərinə görə, İran bütün təhdidlərin qarşısını almaq üçün gənclərin istedad, bacarıqlarının üzə çıxması və özünü göstərməsi üçün zəmin yaratmalıdır.
Xatırladaq ki, ABŞ İrana qarşı "İqtisadi təcrid" əməliyyatı həyata keçirir. Bu çərçivədə son sanksiyalar İran neftinin satışını dəstəkləyən şəxslər və şirkətləri əhatə edib.   ///report///

اگر خودمان خود را تحریم نکنیم و اقدام به حذف گزینشی نکنیم، دشمن نمی‌تواند ما را حذف کند و یا به زانو درآورد. باید تلاش کنیم بستر مناسبی برای ظهور و بروز استعدادها و توانایی‌های همه جوانان ایران فراهم کنیم.

— Masoud Pezeshkian (@drpezeshkian) October 11, 2026
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑