Dünya · Azxeber.com

Papa XIV Leon əməliyyat olunacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Papa XIV Leon əməliyyat olunacaq xəbəri üçün şəkil
Roma Papası XIV Leon ağciyərində aşkarlanan düyünvari törəmənin çıxarılması üçün cərrahi əməliyyat keçirəcək.
"The Washington Post" xəbər verir ki, bu barədə 71 yaşlı Papa oktyabrın 11-də Vatikanda Müqəddəs Pyotr meydanında keçirilən ənənəvi bazar günü duası zamanı açıqlama verib.
Papa bildirib ki, son tibbi müayinələr zamanı ağciyərində kiçik düyünvari törəmə aşkarlanıb. Onun sözlərinə görə, törəmə erkən mərhələdə müəyyən edilib və məhdud bir nahiyədə yerləşir.
Həkimlərin tövsiyəsi əsasında cərrahi müdaxiləyə qərar verən XIV Leon əməliyyatın yaxın günlərdə keçiriləcəyini açıqlayıb.
Vatikanın məlumatına görə, əməliyyat həftənin ilk günlərində Romadakı Cemelli xəstəxanasında aparılacaq. Papanın əməliyyatdan sonra təxminən bir həftə ərzində sağalacağı gözlənilir.
Törəmənin xoşxassəli və ya bədxassəli olması barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Papa XIV Leonun noyabrın 6–17-də Uruqvay, Argentina və Peruya səfəri planlaşdırılır. Əməliyyatın səfər proqramına təsir edib-etməyəcəyi hələlik məlum deyil.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑