Dünya · Konkret.az

1 həftədə üçüncü dəfə “Yandex”in data-mərkəzi vuruldu | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
1 həftədə üçüncü dəfə “Yandex”in data-mərkəzi vuruldu | KONKRET xəbəri üçün şəkil

Rusiya texnologiya və süni intellekt nəhəngi “Yandex” şirkəti PUA hücumu nəticəsində infrastrukturuna ciddi zərər dəydiyini və Vladimir vilayətindəki məlumat mərkəzinin (Data Center) fəaliyyətinin tamamilə dayandığını açıqlayıb.

KONKRET.az “Reuters”ə istinadla xəbər verir ki, şirkətin yaydığı rəsmi məlumatda hücum zamanı xəsarət alanların olmadığı, lakin bəzi rəqəmsal xidmətlərin istifadəçilər üçün müvəqqəti əlçatmaz olduğu bildirilir.

Bu, son bir neçə gün ərzində “Yandex”in sıradan çıxarılan üçüncü böyük məlumat mərkəzidir. Rusiyanın “Google”u adlandırılan və ölkənin süni intellekt inkişafında aparıcı rol oynayan şirkət Cümə günü Kaluqa vilayətindəki mərkəzinin Ukrayna dronları ilə vurulduğunu və qismən sıradan çıxdığını bəyan etmişdi.

Ondan bir gün əvvəl isə Ukraynanın digər hücumu nəticəsində şirkətin Sasovodakı məlumat qovşağı fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, “Yandex”in süni intellekt modellərinin hazırlanmasında istifadə olunan üç superkompüterdən ikisi məhz Sasovodakı həmin mərkəzdə yerləşirdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑