Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putin 60 günlük tam atəşkəsə razılıq verəcəyi təqdirdə, ölkəsində prezident seçkilərinin keçirilməsinin mümkün olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Ukrayna lideri bu barədə bildirib:
“Əgər Prezident Tramp həqiqətən seçkilərin keçirilməsini istəyirsə, Putinə desin ki, bizə iki aylıq tam atəşkəs təmin etsin və biz seçkiləri keçirək. Əlbəttə, Ukrayna xalqının istənilən seçimini qəbul etməyə hazır olacağıq”.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna xalqını yeni lider seçməyə çağırıb.




