Dünya · Azxeber.com

Neft sənayesinin girovuna çevrilməyəcəyik - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Neft sənayesinin girovuna çevrilməyəcəyik - Tramp xəbəri üçün şəkil
Rusiya ilə Alyaskada təbii qaz və "Lukoyl” şirkəti ilə bağlı müzakirə edilən sazişlər gələcəkdə reallaşa bilər.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əldə olunan razılaşmalardan danışarkən bildirib.
"Rusiya ilə əldə etdiyimiz yeganə razılaşma onların dünya bazarına neft çıxarması ilə bağlı olub. Onlar nefti bizə deyil, dünyaya təqdim etdilər. Bu, çox yaxşı addım idi”, – deyə o vurğulayıb.
Donald Tramp Rusiyada saxlanılan bir ABŞ vətəndaşının azad edilməsinə də toxunub. Onun sözlərinə görə, həmin şəxsin azadlığa buraxılması üçün birbaşa Rusiya Prezidenti Vladimir Putinə müraciət edib və bunun müqabilində heç bir güzəştə getməyib.
Alyaska qaz layihəsi və "Lukoyl” ilə bağlı mümkün razılaşmaları şərh edən ABŞ Prezidenti deyib ki, bunlar müəyyən mərhələdə həyata keçiriləcək sazişlərdir.
"Lakin biz neft sənayesinin girovuna çevrilmək niyyətində deyilik. Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamamalı idi. Biz həmin müharibəyə son qoymalıyıq”, – deyə Tramp əlavə edib.   ///axar.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑