Dünya · Azxeber.com

Mask buna qarşı çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mask buna qarşı çıxdı xəbəri üçün şəkil
Amerikalı milyarder İlon Mask "Starlink” peyk rabitə sistemindən hücum əməliyyatlarında istifadə edilməməli olduğunu bildirib.
Mask bu barədə "X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, sistemin hücum məqsədilə istifadəsi "Starlink” peyklərinin cavab zərbələri üçün hədəfə çevrilməsi riskini artırır.
"Starlink peyklərinin məhv edilməsi dağıdıcı domino effekti yaradaraq kosmosda geniş dağıntı sahəsinin formalaşmasına səbəb ola bilər. Bu isə kosmosdan istifadəni mümkünsüz hala gətirər”, – deyə Mask bildirib.
O, bu fikirləri başqa bir istifadəçinin peyklərə mümkün hücumların riskləri ilə bağlı paylaşımına münasibət bildirərkən səsləndirib.
Mask qeyd edib ki, "Starlink” hərbi infrastrukturun fəaliyyətinin təmin olunmasında istifadə edilə bilər. Lakin onun fikrincə, sistemin birbaşa hücum əməliyyatlarında tətbiqi peykləri cavab zərbələri üçün legitim hədəfə çevirə bilər.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑