Dünya · Azxeber.com

Bolqarıstanda prezident seçkiləri ikinci tura qalır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstanda prezident seçkiləri ikinci tura qalır xəbəri üçün şəkil
Bolqarıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri ölkədə ikinci turun baş tutacağını göstərir.
Bolqarıstan Milli Televiziyasının məlumatına əsasən, hazırkı prezident İliyana Yotova ilkin sorğularda liderdir.
"Alpha Research” şirkətinin exit-poll nəticələrinə görə, Yotova 35,3 faiz, onun əsas rəqibi Andrey Gyurov isə 32,4 faiz səs toplayıb.
Namizədlər arasında əsas fikir ayrılıqlarından biri Rusiya ilə münasibətlər və Ukraynaya dəstək məsələsidir. Yotova Moskva ilə dialoqun tərəfdarı kimi çıxış edir. Gyurov isə Qərblə əməkdaşlığın və Ukraynaya dəstəyin gücləndirilməsini müdafiə edir.
İkinci turun noyabrın 1-də keçirilməsi gözlənilir.   ///modern.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑