Dünya · Teleqraf

Əraqçi Avropadakı etirazları enerji böhranı ilə əlaqələndirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əraqçi Avropadakı etirazları enerji böhranı ilə əlaqələndirib xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

Dünyada artan geosiyasi gərginlik və enerji təchizatında yaranan fasilələr Avropa ölkələrində etiraz aksiyalarına, yanacaq qiymətlərinin və inflyasiyanın yüksəlməsinə səbəb olur.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın “Vedomosti” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, enerji bazarlarındakı qeyri-sabitliyin təsirləri təkcə Yaxın Şərqlə məhdudlaşmır, bütün dünya iqtisadiyyatına təsir göstərir.

“İstənilən qarşıdurma və təchizatın pozulması regionumuzun hüdudlarından kənara çıxaraq enerji təhlükəsizliyinə, bazarların sabitliyinə, istehsalçı və istehlakçıların iqtisadi maraqlarına təsir edir. Avropa ölkələrindəki etirazlara, Avropa və Amerikada inflyasiyanın, yanacaq qiymətlərinin sürətlə artmasına nəzər salın”, – Əraqçi qeyd edib.

İran XİN rəhbəri ABŞ və İsrailin ölkəsinə qarşı hərbi əməliyyatlarının, eləcə də davam edən hərbi təhdidlərin Hörmüz boğazının bağlanmasına və qlobal qaz təchizatının, xüsusilə Asiya istiqamətində tədarükün pozulmasına gətirib çıxardığını bildirib.

O, Avropada qaz qiymətlərinin kəskin artdığını, qış ərəfəsində ehtiyatların isə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha aşağı olduğunu vurğulayıb.

Əraqçi enerji istehsalçısı olan ölkələri dialoqu gücləndirməyə, təchizat marşrutlarını şaxələndirməyə, strateji infrastrukturu qorumağa və geosiyasi böhranların dünya enerji bazarlarına təsirini azaltmaq üçün birgə mexanizmlər yaratmağa çağırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑