Dünya · Modern.az

Hörmüzün idarə olunması əvvəlki kimi olmayacaq - Əraqçi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüzün idarə olunması əvvəlki kimi olmayacaq - Əraqçi
Hörmüzün idarə olunması əvvəlki kimi olmayacaq - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının idarə olunması və gəmiçilik marşrutlarının əvvəlki kimi olmayacağını bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə İranın “Nournews” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, son il yarım ərzində baş verən müharibələr regionda mövcud təhlükəsizlik sistemini dəyişdirib və yeni reallıqlar yaradıb.

Əraqçi bildirib ki, Hörmüz boğazından gəmilərin keçidi və strateji su yolunun idarə olunması ilə bağlı danışıqlar davam etdiriləcək.

İran XİN rəhbəri Fars körfəzində yeni təhlükəsizlik arxitekturasının yaradılmasının vacibliyini vurğulayıb. O, regionun təhlükəsizliyinin xarici dövlətlərin müdaxiləsi olmadan, körfəz ölkələrinin birgə iştirakı ilə təmin edilməli olduğunu qeyd edib.

Əraqçi, həmçinin Tehranla Fars körfəzi ölkələri arasında yeni regional təhlükəsizlik mexanizmlərinin formalaşdırılması istiqamətində məsləhətləşmələrin aparıldığını açıqlayıb.

Nazir hesab edir ki, xarici hərbi qüvvələrin regionda mövcudluğu uzunmüddətli sabitliyə təminat vermir.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyətə malikdir. Bu su yolunun idarə olunması və gəmiçilik qaydalarında mümkün dəyişikliklər beynəlxalq ticarətə və enerji bazarlarına təsir göstərə bilər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑