Braziliyanın hazırkı prezidenti Luis İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Axar.az xəbər verir ki, bu barədə bülletenlərin 97,69%-nin sayılmasından sonra Braziliyanın Ali Seçki Məhkəməsinin məlumatında bildirilib.
Səslərin sayılmasının bu mərhələsində hazırkı prezidentin qələbəsi riyazi cəhətdən təmin olunub.
Seçki komissiyasının məlumatlarına görə, solçu İşçilər Partiyasının lideri Lula da Silva səslərin 51,74%-ni toplayır. Onun rəqibi, sağçı müxalifəti təmsil edən senator Flavio Bolsonaru isə 48,26% səs alır.
Beləliklə, Bolsonaru hətta qalan səslər sayıldıqdan sonra belə hazırkı prezidentlə arasındakı fərqi azalda bilməyəcək.
Lula da Silva Braziliyanın müasir tarixində birinci turda rəqibindən geri qaldıqdan sonra prezident seçkilərində qalib gəlməyi bacaran ilk siyasətçi olub.
Onun yeni prezidentlik müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.




