Dünya · Publika.az

Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır? xəbəri üçün şəkil

İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdan gələn seçkilər ərəfəsində sosial media hesabında qalmaqallı paylaşımlar etməyə davam edir.

Publika.az xəbər verir ki, Netanyahu bu dəfə ölkənin üzərinə nüvə bombası düşməsini əks etdirən görüntü paylaşıb.

Onun paylaşımında “Ölkənin mərkəzi hissəsinə iki atom bombası düşərsə, bu mənasız mübahisələr kimin vecinə olacaq?” ifadəsi də yer alıb.

İsrailin baş naziri video müraciətində İranın və onun müttəfiq qüvvələrinin seçkiləri pozmaq məqsədilə hücumlar təşkil edə biləcəyini bildirib.

“Əlimizdə İranın və onun müttəfiq qüvvələrinin seçki prosesini pozmaq məqsədilə hücumlar təşkil edərək bizə meydan oxumağa cəhd göstərə biləcəyinə dair kəşfiyyat məlumatları var”, - Netanyahu deyib. O, İranı təhdid edərək mümkün hücumlara daha ağır zərbələrlə cavab veriləcəyini bildirib.

İsrail mətbuatında yayılan məlumatlara görə, Netanyahu ümumi seçkilərdən əvvəl orduya İrana qarşı yeni hücum əmri verib. İddialara əsasən, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir əmrin ciddi nəticələrə səbəb ola biləcəyindən narahat olaraq buna qarşı çıxıb. Netanyahu ilə Zamir arasında İran məsələsinə görə böhran yaşandığı da iddia olunur.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑