ABŞ ordusu milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinə peyklərin və kosmik tullantıların hərəkətini izləməyə imkan verən həssas hərbi məlumatlara çıxış icazəsi verib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
ABŞ Kosmik Qüvvələri ilə imzalanan yeni razılaşmaya əsasən, şirkətə kosmosdakı obyektlərin mövqeyini izləyən ətraflı hərbi kataloq təqdim olunub. Bu addımın “SpaceX”ə kosmik obyektlərin izlənməsi sahəsində ciddi texnoloji üstünlük qazandıracağı vurğulanır.
Hərbi radar və teleskop məlumatlarının kommersiya şirkəti ilə paylaşılması milli təhlükəsizliklə bağlı suallar doğurub. Bildirilib ki, məxfi məlumatların açıqlanması ABŞ-ın müdafiə imkanları və xarici peykləri izləmə üsulları barədə həssas məlumatların üzə çıxmasına səbəb ola bilər.
Mütəxəssislər isə dövlətə məxsus kritik məlumatların bir şirkətə verilməsinin bazarda inhisarlaşmanı gücləndirə biləcəyi barədə xəbərdarlıq edirlər.
Müəllif: Roza



