"Seçkidə 90 faizlik qələbə məni qane etmir"

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 25-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər barədə danışıb.
"Bakupost" xəbər verir ki, bu barədə o, sosial mediada video yayımlayıb.
Baş nazir bildirib ki, seçkilərin nəticələrinə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası və onu dəstəkləyən namizədlər inamlı qələbələr qazanıblar.
Paşinyan qeyd edib ki, bu, ilk baxışdan sevindirici görünsə də, bəzi icmalarda “Vətəndaş Müqaviləsi”nin 90, 80 və 70 faizdən çox səs toplaması onu elə də qane etməyib.
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



