Dünya · Editor.az

Trampın planı baş tutmayacaq? – Rusiya-Ukrayna müharibəsi ilə bağlı GƏRGİN PROQNOZ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın planı baş tutmayacaq? – Rusiya-Ukrayna müharibəsi ilə bağlı GƏRGİN PROQNOZ xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların noyabrda keçirilməsinin gözlənildiyini bildirib. ABŞ tərəfi müharibənin dayandırılması istiqamətində diplomatik təmasları davam etdirir. Zelenski həmçinin ABŞ-ın Ukraynaya Rusiya raket hücumları barədə xəbərdarlıqları və müəyyən texnoloji dəstəyi bərpa etdiyini açıqlayıb. Ərazi məsələləri, Ukraynanın təhlükəsizlik təminatları və hərbi infrastrukturun gələcəyi danışıqların əsas mürəkkəb mövzuları olaraq qalır.

Maraqlıdır, noyabrda gözlənilən üçtərəfli danışıqlar müharibənin dayandırılması üçün konkret nəticə verə bilərmi və tərəflərin hansı məsələlərdə razılığa gəlməsi daha çətin görünür?

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, danışıqlar ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə qədər baş tutsaydı, bu görüşdən müəyyən müsbət qərarların əldə olunacağı gözlənilə bilərdi.

“Lakin noyabrın əvvəlinə keçirilməsi ehtimalı irəli sürülən görüşün baş tutma ehtimalı çox zəifdir. Çünki demokratların aralıq seçkilərdə məğlub olmaq ehtimalı böyükdür. Nümayəndələr Palatasında, hətta Senatda belə demokratların qalib gələcəyi görünür. Bundan sonra Trampın üçtərəfli görüş keçirə və nəticə əldə edə bilməsi ehtimalı azdır. Seçkilərdən sonra Trampın İran kampaniyasına yenidən başlayacağı görünür. Burada da vəziyyət gərgindir. Müharibənin başlaması halında gərginliyin bütün ətraf ərazilərə yayılması ehtimalı böyükdür və İran tərəfindən buna hazırlıq da gedir.

Hesab edirəm ki, üçtərəfli görüş təşkil olunsa belə, tərəflərin mövqeləri bir-birinə ziddir. Tramp da Ukraynaya ciddi təzyiq göstərə bilmir. Çünki Konqres seçkilərindən sonra Trampın Ukraynanın qarşısına qoyduğu maneələrin səbəbləri sorğulanacaq və ona qarşı ciddi iddialar irəli sürüləcək. Bu baxımdan, aralıq seçkilərindən sonra Rusiya-Ukrayna müharibəsinin daha da gərgin mərhələyə keçəcəyi qənaətindəyəm”.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑