Dünya · Trend.az

Almaniya öz ordusunu Ukraynanın ucuz raketləri ilə təchiz edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya öz ordusunu Ukraynanın ucuz raketləri ilə təchiz edəcək xəbəri üçün şəkil

Bakı.Trend:

Almaniya öz ordusu üçün Ukraynanın ucuz “Bars” qanadlı raketlərini almağa hazırlaşır.

Bu barədə "Financial Times" nəşri planlarla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Bundesverdə sınaqdan keçirilməsi üçün raketlərin ilk partiyasının alınmasına dair müqavilə yaxın həftələrdə imzalanacaq. Bu, Ukrayna istehsalı olan hücum silahlarının Almaniya ordusunun ehtiyacları üçün alınmasına dair məlum olan ilk haldır.

“Bars” modifikasiyasından asılı olaraq 1 000 kilometrədək mənzilə və 105 kiloqramadək döyüş başlığına malik reaktiv raketdir. Ukrayna bu raketlərdən Rusiyanın ərazisindəki hərbi bazalara və enerji obyektlərinə zərbələr endirmək üçün istifadə edir.

Raketlərin Almaniyada texniki sınaqları gələn ilin əvvəlində keçirilə bilər. Sınaqlar uğurlu olarsa, Berlin bir neçə yüz raket sifariş edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑