Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Rusiyanın Voronej vilayətində sərnişin qatarına dronla hücum edib. Alınan son məlumata görə, həmin qatarda “Lokomotiv” futbol klubunun üzvləri də olub. Onlar Rostov-na-Donudan Moskvaya qayıdırmışlar.
Bizim.Media xəbər verir ki, “Mash na sporte” kanalının məlumatına görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Klub futbolçularının xəsarət almadığını təsdiqləyib. Komanda hazırda Moskvaya avtobusla yola düşüb.
Hücum nəticəsində qatarın dörd vaqonuna ziyan dəyib.
Bizim.Media
Ukrayna ordusunun vurduğu qatarda “Lokomotiv”in futbolçuları da olub

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

