Dünya · News24.az

10 yaşlı qız ögey atasından hamilə qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
10 yaşlı qız ögey atasından hamilə qaldı xəbəri üçün şəkil

Argentinada 10 yaşlı qız ögey atası tərəfindən zorlandıqdan sonra hamilə qalıb.

News24.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, məktəbli qarın ağrılarından şikayətlənib və anası ilə birlikdə həkimə müraciət edib.

Müayinələr nəticəsində azyaşlının artıq altı aylıq hamilə olduğu məlum olub.

Araşdırma zamanı qızın bir müddət əvvəl ögey atası tərəfindən cinsi zorakılığa məruz qaldığı üzə çıxıb.

Hadisədən xəbər tutan polis şübhəli şəxsi həbs edib.

Uşağın nənəsi jurnalistlərə açıqlamasında qızını təhlükə barədə xəbərdar etdiyini və uşağı həmin kişinin yanında tək qoymamağı tövsiyə etdiyini bildirib.

Qızın müəllimi isə məktəblinin ögey atası ilə münasibətlərində problem yaşadığı və ya zorakılığa məruz qaldığı barədə heç vaxt şikayət etmədiyini deyib.

Müəllim onu sakit və dərslərinə məsuliyyətlə yanaşan şagird kimi xarakterizə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑