Dünya · Axar.az

Rusiya minlərlə afrikalını müharibəyə göndərir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya minlərlə afrikalını müharibəyə göndərir xəbəri üçün şəkil

Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Ukrayna kəşfiyyatının hesabatına istinadla məlumat yayıb.

Hesabata əsasən, Burundi və Zimbabvedə hərbi xidmətə cəlb olunanların sayı kəskin artıb. Burundidən cəlb edilənlərin sayı 2025-ci ildəki 30 nəfərdən 699 nəfərə, Zimbabvedən isə 65 nəfərdən 530 nəfərə yüksəlib.

Sierra Leone, Sudan, Kamerun və Konqo Demokratik Respublikasında da Rusiya ordusunda xidmət edənlərin sayında artım qeydə alınıb.

Ukrayna tərəfinin bildirdiyinə görə, Rusiya ordusunda xidmət üçün müqavilə imzalamış 151 ölkədən 45 959 əcnəbinin şəxsiyyəti müəyyən edilib. Onların 5 451 nəfəri Afrika ölkələrinin vətəndaşlarıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑