Dünya · Publika.az

Çernobılın tərk edilmiş meşələrində nadir canlılar görüntüləndi - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çernobılın tərk edilmiş meşələrində nadir canlılar görüntüləndi - FOTO xəbəri üçün şəkil

Çernobıl Radiasiya-Ekoloji Biosfer Qoruğunda nadir Prjevalski atlarının sürüsü qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Tədqiqatçı Aleksandr Muziçenko tərəfindən çəkilən fotolarda saralmış otların arasında ən azı səkkiz at görünür. Heyvanlar payız meşəsinin fonunda otlayır, gəzir və sürü halında hərəkət edirlər.

Qoruğun məlumatına görə, Prjevalski atları adətən kiçik qruplar halında yaşayır. Bu qruplara bir ayğır, bir neçə madyan və onların balaları daxil olur. Sürü birlikdə hərəkət edir, qidalanır və təhlükəsizliyini qoruyur.

Qeyd edək ki, Prjevalski atları dünyanın nadir vəhşi at növlərindən biridir. Çernobılın təcrid zonasında bu heyvanların müşahidə edilməsi barədə mütəmadi məlumatlar yayılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑