Dünya · Anews.az

İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib xəbəri üçün şəkil

İranda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələlərinə dair dördtərəfli görüş keçirilib.Bu barədə IRNA xəbər verir.

İran nümayəndə heyətinə Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai rəhbərlik edib.

Görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.

Məlumata görə, görüş Pakistanın təşəbbüsü, İranın dəstəyi və əməkdaşlığı ilə təşkil olunub.

Müzakirələr zamanı regional təhlükəsizlik, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının nəticələri, hücumların davam etməsi, eləcə də Fələstin və Livan xalqlarına yardım məsələləri nəzərdən keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑