Dünya · Azxeber.com

Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb xəbəri üçün şəkil
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin daha 90 gün uzadılmasına dair qanun layihəsini qəbul edib.
Bu barədə "Ukrinform" məlumat yayıb.
Məlumata görə, lehinə 293 deputatın səs verdiyi qərara əsasən, Ukraynada hərbi vəziyyətin müddəti 31 oktyabr 2026-cı ildən 29 yanvar 2027-ci ilədək uzadılıb.
Bu, Ukraynada tammiqyaslı müharibənin başlanmasından sonra hərbi vəziyyətin müddətinin 21-ci dəfə uzadılmasıdır.
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildən qüvvədədir.
Bundan əvvəl hərbi vəziyyətin müddəti 2 avqust–31 oktyabr 2026-cı il tarixləri üçün 90 gün uzadılmışdı.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑