ABŞ-nin İllinoys ştatının 11 dairəsində Kuk dairəsindən ayrılaraq yeni ştatın yaradılması məsələsi səsverməyə çıxarılacaq.
Modern.az xəbər verir ki, bu barədə “NBC Chicago” məlumat yayıb.
Səsvermənin ABŞ Konqresinə seçkilərlə eyni vaxtda keçirilməsi nəzərdə tutulur.
“Illinois Separation” təşkilatının rəhbəri Loret Nyulinin sözlərinə görə, ştat rəhbərliyi yerli sakinlərin fikirlərini nəzərə almır və onlara zərər verə biləcək qanunlar qəbul edir.
Təşəbbüs ABŞ-nin 51-ci ştatının yaradılmasını nəzərdə tutur.





