Dünya · Banker.az

ABŞ Kanadadan olan bir sıra mallara 50 faizlik rüsumları ləğv edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Kanadadan olan bir sıra mallara 50 faizlik rüsumları ləğv edib xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kanadanın bəzi məhsullarına tətbiq olunan əlavə 50 faizlik rüsumları ləğv edib, eyni zamanda, digər mal kateqoriyalarına analoji məhdudiyyətləri tətbiq edib.

Bu barədə Ağ Evin rəsmi saytında dərc olunan sənədlərdə bildirilir.

Amerika liderinin qərarına əsasən, gömrük dəyərinin 50 %-i miqdarında əlavə rüsumlar artıq Kanadadan idxal olunan sellüloz-kağız sənayesinin bəzi məhsul növlərinə, onun istehsalı üçün avadanlıqlara, eləcə də fanerə şamil edilməyəcək.

Eyni zamanda, ABŞ administrasiyası əlavə 50 faizlik rüsumlara cəlb edilən malların siyahısını genişləndirib. Bu siyahıya bəzi növ tekstil və kənd təsərrüfatı məhsulları daxil edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑