Dünya · Banker.az

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər xəbəri üçün şəkil

Azərbaycan Yaponiya vətəndaşları üçün 2027-ci ilin iyulunda başa çatacaq vizasız rejimin müddətini uzada bilər, eləcə də ölkə onun qarşılıqlı olmasını təklif edir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

“Biz bir il müddətinə vizasız giriş imkanı tətbiq etmişik və bu rejimin uzadılmasını gözləyirik. Lakin hesab edirik ki, bu, qarşılıqlı olmalıdır, çünki bir çox Azərbaycan vətəndaşı da Yaponiyaya səfər etmək istərdi”, – H.Hacıyev deyib.

©Report.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑