Dünya · Trend.az

Ukraynada "Starlink" sisteminin fəaliyyəti bərpa olunub - Zelenski

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada "Starlink" sisteminin fəaliyyəti bərpa olunub - Zelenski xəbəri üçün şəkil

Bakı. Trend:

Ukraynada "Starlink" peyk rabitə sisteminin fəaliyyəti bərpa olunub.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

“Starlink və Starshield sistemlərinin fəaliyyətini bütün bu məhdudiyyətlər tətbiq olunmazdan əvvəlki sürətlə bərpa etdik. Hazırda sürət bizə lazım olan səviyyədədir”, – deyə o bildirib.

Qeyd edək ki, ötən həftə bildirilib ki, ABŞ-nin "SpaceX" şirkəti Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" terminallarının işinə saatda 160 km-dən yüksək sürətlə hərəkət zamanı məhdudiyyətlər tətbiq edib. Bu səbəbdən Ukrayna hərbçilərinin bir neçə əməliyyatı baş tutmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑