Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, ABŞ lideri bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.
"Mən seçim etməliyəm. Onunla işi bitirmək - bu çox asan olacaq - yoxsa razılaşma bağlamaq", - Tramp bildirib.
Bununla yanaşı, ABŞ Prezidenti İranla hərbi münaqişə başa çatdıqdan sonra neft qiymətlərinin aşağı düşəcəyinə bir daha əminliyini ifadə edib.





