Ermənistanda 21 icmada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. SİA xəbər verir ki, seçkilərin nəticələri ilə bağlı yekun məlumat hələ yoxdur. Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə müxtəlif icmalar üzrə təqribən 40-60 faiz civarından seçici iştirak etdiyini açıqlayıb.
Yalnız Lori vilayətinin Fioletovo icmasında 25,39% seçici fəallığı qeydə alınıb. Ən yüksək seçici fəallığı isə Lori vilayətinin Stepanavan icmasında olub— 68,83%.
Hakim Mülki Müqavilə Partiyası seçkilərdə ciddi üstünlük qazandığını artıq elan edib. Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyanın sözlərinə görə, Kirantsda Mülki Müqavilə Partiyasından olan namizədlər səslərin 88,89%-ni toplayıb.
Mətləb





