Dünya · Ölkə.az

Fransada Makrona dəstək rekord həddə azaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada Makrona dəstək rekord həddə azaldı xəbəri üçün şəkil

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə CSA şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrində bildirilib.

Nəşrin məlumatına görə, son bir ay ərzində sorğuda iştirak edən 1 000 yetkin fransız arasında Makronun fəaliyyətini müsbət qiymətləndirənlərin sayı 7 faiz bəndi azalaraq 17%-ə düşüb.

Respondentlərin 83%-i Fransa Prezidentinin fəaliyyətindən narazı olduğunu bildirib. Bu, 2026-cı ilin əvvəlindən bəri qeydə alınan ən yüksək göstəricidir.

Nəşrin yazdığına görə, Makron öz partiyadaşlarının da tənqidləri ilə üzləşib. Onlar prezidenti "iğtişaşları əvvəlcədən görə bilməməkdə" və "təhlükəsizlik qüvvələrini səmərəsiz idarə etməkdə" ittiham ediblər. Xüsusilə oktyabrın 17-də baş verən iğtişaşlardan sonra onun televiziya vasitəsilə xalqa müraciəti tənqid olunub.

Baş nazir Sebastyan Lekornünün fəaliyyətinə ictimai dəstək də son bir ay ərzində 5 faiz bəndi azalaraq 22%-ə düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑