Xerson vilayətinin Kalançak bələdiyyə şurasının deputatı Sergey Qluxenko 56 yaşında həlak olub.
Rusiya mediası bildirir ki, ilkin məlumata görə, o, Xorlı kəndi yaxınlığında piyada əleyhinə minaya düşüb. Bu barədə vilayətin qubernatoru Vladimir Saldo məlumat verib.
Sergey Qluxenko Kalançakda anadan olub. O, uzun müddət Xorlı kəndində meteorologiya stansiyasına rəhbərlik edib, həmyerlilərinə kömək göstərib və bələdiyyənin ictimai həyatında fəal iştirak edib.
Hadisənin təfərrüatları araşdırılır. Sergey Qluxenkonun məhz "Lepestok” tipli minaya düşməsi ilə bağlı məlumat hələlik ilkin xarakter daşıyır. ///modern///





