Dünya · Publika.az

Bolsonaru seçkilərin nəticəsini tanımadı: Səslər ləğv edilməlidir!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolsonaru seçkilərin nəticəsini tanımadı: Səslər ləğv edilməlidir! xəbəri üçün şəkil

Braziliyada prezident seçkilərinin ikinci turunda məğlub olan senator Flaviu Bolsonaru məğlubiyyətini qəbul etməkdən imtina edib.

Publika.az xəbər verir ki, Bolsonaru seçki prosesinin qaydalarının “bir qələm zərbəsi ilə dəyişdirildiyini” iddia edib. O, seçkilərin nəticələrinin ləğv edilməli olduğunu bildirib.

Braziliyada səslərin hesablanması başa çatıb. Nəticələrə əsasən, hazırkı prezident Luis İnasio Lula da Silva 51,79 faiz, Flaviu Bolsonaru isə 48,21 faiz səs toplayıb. Birinci turda isə Bolsonaru qalib gəlib.

Bu nəticə ilə Lula da Silva prezident kimi dördüncü müddətinə başlayacaq. 1980-ci illərdə ölkədə demokratiyanın bərpasından sonra ilk dəfədir ki, prezident seçkilərində birinci turda qalib gəlməyən namizəd dövlət başçısı seçilib.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑