Moskva Serbiyada hakimiyyətə gələcək yeni siyasi qüvvənin Rusiya ilə əməkdaşlığın Serbiya üçün faydalı olduğunu anlayacağına ümid edir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, ötən gün Serbiyada növbədənkənar parlament seçkiləri keçirilib. “İpsos” və Azad Seçkilər və Demokratiya Mərkəzinin (CeSID) seçki məntəqələrinin 56 faizindən əldə etdiyi proqnoza görə, “Tələbə Siyahısı” səslərin 52%-ni alacaq və parlamentdə 139 yer qazana bilər. Vuçiçin koalisiyasının isə səslərin 39,3%-ni və 104 yer qazanacağı proqnozlaşdırılır.
Aleksandr Vuçiç də bu proqnozu və seçkidə uduzduqlarını təsdiqləyib.
Xatırladaq ki, A.Vuçiçin prezident olduğu müddətdə Serbiya Rusiyaya qarşı bir çox sanksiyaya qoşulmayıb.


