Dünya · Ədalət

Ərəb koalisiyası Husilərin anbarlarını məhv etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərəb koalisiyası Husilərin anbarlarını məhv etdi xəbəri üçün şəkil

Yəmənin Ənsar Allah (Husi) hərəkatına qarşı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası beş Husi ballistik raket anbarının və dörd raket buraxılış qurğusunun məhv edildiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, koalisiya təhlükə mənbələrini zərərsizləşdirmək üçün Yəməndəki Husi hədəflərinə qarşı hərbi əməliyyat elan edib.

Agentlik bildirib ki, "Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Husilərin nəzarətində olan ərazilərdə beş ballistik raket saxlama anbarının və dörd raket buraxılış qurğusunun məhv edildiyini elan edib".

Husilər və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətyönlü ordu arasında hərbi münaqişə dörd illik fasilədən sonra iyulun ortalarında yenidən başlayıb. Bu müddət ərzində husilər Qırmızı dənizin bütün qərb sahilini və Bab əl-Məndəb boğazı yaxınlığındakı şəhərləri ələ keçirməyi bacarıblar. 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑