Dünya · Lent.az

Oktay Saral istefasını təsdiqlədi - YENİLƏNİB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Oktay Saral istefasını təsdiqlədi - YENİLƏNİB xəbəri üçün şəkil

Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral vəzifəsindən ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə Saralın özü məlumat verib.

O qeyd edib ki, 2016-cı ildən bəri icra etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefa ərizəsini təqdim edib.

Oqtay Saral bildirib ki, istefası inandığı dəyərlərdən və xalqa xidmət etmək əzmindən geri çəkilməsi demək deyil. O, bundan sonra da Prezident Rəcəb Tayyib Ərdoğanın yanında eyni inam və qətiyyətlə yoluna davam edəcəyini vurğulayıb.

***

22:35

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

Lent.az xəbər verir ki, türkiyəli jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini X hesabında yazıb.

Jurnalistin sözlərinə görə, o, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub.

Saral cavabında “Bəli” deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.

“Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral bildirib.

Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.

***
18:10


Türkiyənin bəzi media orqanları Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılacağını iddia edib.

Lent.az xəbər verir ki, Oktay Saral sosial mediada Azərbaycan məktəblərində vahid məktəbli geyiminin tətbiqinə etiraz edən status paylaşmışdı. Saralın bu açıqlaması Azərbaycanda narazılığa səbəb olmuşdu.

Medianın yazdığına görə, Saralın oktyabrın 26-da, bazar ertəsi günü istefasını açıqlayacağı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑