Dünya · Axar.az

Sülh üçün Rusiyaya təzyiq edilməlidir - Sibiqa

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sülh üçün Rusiyaya təzyiq edilməlidir - Sibiqa xəbəri üçün şəkil

Rusiya Ukraynaya təzyiq göstərməklə məqsədlərinə nail ola biləcəyinə inandığı müddətcə ciddi danışıqlara hazır olmayacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

“Məhz buna görə də müharibəyə son qoymaq üçün Rusiyaya qarşı təzyiqi saxlamaq və artırmaq həlledici əhəmiyyət kəsb edir. Güc vasitəsilə sülh işə yarayan yeganə strategiyadır. Lakin bu güc müdafiə olunan ölkəyə qarşı deyil, təcavüzkara qarşı yönəldilməlidir. Bu müharibəyə Ukraynanın müqavimətini dayandırmaqla son qoymaq mümkün deyil. Ona yalnız təcavüzkarın hücumlarını dayandırmaqla son qoymaq olar”, - Sibiqa bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑