Dünya · Teleqraf

Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

Türkiyə Rusiya və Ukraynanın müraciəti olacağı təqdirdə münaqişənin həlli üzrə danışıqlarda vasitəçilik etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Türkiyədəki məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Ankara tərəflərdən müvafiq müraciət daxil olarsa, danışıqlar prosesinə hər cür vasitəçilik dəstəyi göstərməyə hazırdır.

“Türkiyə danışıqlar prosesinə yardımın mümkün variantlarını nəzərdən keçirməyə hazırdır”, – mənbə qeyd edib.

O vurğulayıb ki, vasitəçiliyə ehtiyac olub-olmaması ilə bağlı yekun qərarı münaqişə tərəfləri verməlidir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton, Moskva və Kiyev arasında üçtərəfli danışıqların yaxın vaxtlarda keçiriləcəyini bildirib.

Tramp həmçinin Rusiya və Ukraynanın sülhə nail olmaq istədiyini iddia edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑