Dünya · Lent.az

NASA-nın asteroid nümunələrində 4,5 milyard illik sirr

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
NASA-nın asteroid nümunələrində 4,5 milyard illik sirr xəbəri üçün şəkil

 

NASA-nın Bennu asteroidindən Yerə gətirdiyi nümunələrin yeni təhlili Günəş sisteminin yaranma mərhələləri ilə bağlı maraqlı nəticələr ortaya qoyub.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” asteroid nümunələrinin araşdırılmasına dair elmi məlumatlara istinadən xəbər yayıb.

Tədqiqatın nəticələri Bennunun ilkin materiallarının Günəş sisteminin daxili və xarici hissələrindən gələn maddələrin qarışdığı mühitdə formalaşmış ola biləcəyini göstərir. Alimlər bu prosesdə Yupiterin cazibə təsirinin də mühüm rol oynamış ola biləcəyini irəli sürürlər.

Təxminən 4,5 milyard il əvvələ aid materiallar planetlərin formalaşdığı dövrün kimyəvi və fiziki şəraitini öyrənmək üçün mühüm əhəmiyyət daşıyır.

Bennu nümunələri NASA-nın “OSIRIS-REx” missiyası çərçivəsində əldə edilib. Onların laboratoriya şəraitində araşdırılması Günəş sisteminin ilkin tarixini daha dəqiq anlamağa imkan verir.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑