Dünya · Bizim.Media

ABŞ təbii qaz hasilatı üzrə Rusiya ilə saziş bağlayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ təbii qaz hasilatı üzrə Rusiya ilə saziş bağlayacaq xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivləri üzrə və Alyaskada təbii qaz hasilatı sahəsində Rusiya ilə əməkdaşlığa dair sövdələşmələrin gec-tez bağlanacağına əminliyini ifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Amerika lideri Miçiqan ştatına yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.

Müvafiq sazişlərin bağlanması perspektivləri ilə bağlı sualı cavablandıran Tramp deyib: "Bu sövdələşmələr bu və ya digər vaxtda bağlanacaq".

"Biz neft hasilatı sənayesinin çoxdan nizama salınmalı olan vəziyyətin əsiri olaraq qalmasına yol verməyəcəyik. Açığını desək, bu münaqişə ümumiyyətlə başlamamalı idi", - ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini nəzərdə tutaraq vurğulayıb.

"Bu müharibəni nizama salmaq lazımdır", - o əlavə edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑