BAKI, 26 oktyabr. TELEQRAF
Braziliya müstəqil xarici siyasət yürütməyə və bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmağa davam edəcək.
Teleqraf xəbər verir ki, bunu prezident seçkilərində yenidən qalib gələn Luiz İnasiu Lula da Silva qələbə nitqində bildirib.
“Ölkəmiz heç kimin arxa bağçası olmağı qəbul etmir”, - Braziliya lideri vurğulayıb.
O bildirib ki, ölkəsi ABŞ qarşısında yaltaqlanmadan, bütün dövlətlərlə bərabər səviyyədə dialoq aparmaq niyyətindədir.
Qeyd edək ki, Braziliyada prezident seçkilərinin ikinci turunda Lula da Silva yenidən dövlət başçısı seçilib. Seçki protokollarının 99,99 faizinin işlənməsindən sonra o, 51,79 faiz (64 milyon 255 min 891 səs) toplayıb.
Onun əsas rəqibi, müxalifətçi senator Flaviu Bolsonaro isə 48,21 faiz (59 milyon 825 min 984 səs) qazanıb.




