Dünya · Azxeber.com

Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır xəbəri üçün şəkil
Macarıstan Rusiyadan neft və təbii qaz tədarükünü azaltmaq niyyətindədir, lakin Budapeşt yaxın perspektivdə Rusiya enerji resurslarından tam imtina etməyin mümkün olmadığını qəbul edir.
Bu barədə Macarıstanın Baş naziri Peter Magyar Finlandiyanın "Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib. Baş nazir hökumətinin Rusiyadan enerji asılılığının aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcəyini təsdiqləyib.
Onun sözlərinə görə, Macarıstan Rusiya enerji resurslarına alternativ tədarük mənbələri və marşrutlar axtarmağa davam edir.
"Lakin biz Rusiyadan enerji asılılığından bir gecədə xilas ola bilmərik”, – Magyar vurğulayıb.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑