Dünya · Bizim.Media

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur” xəbəri üçün şəkil

Ukrayna lideri Volodimir Zelenski Ağ Evin rəhbəri Donald Trampın Rusiya Prezidenti Vladimir Putini dayandırmağın yolunu tapa bilmədiyi üçün Kiyevə təzyiq göstərdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Zelenski bunu "ABC News" telekanalına müsahibəsində deyib.
 

"Onlar Putini necə dayandırmağın yolunu tapa bilmirlər. Dizel yanacağının qiymətləri barədə danışmaq və bunu Ukrayna ilə əlaqələndirmək isə daha asandır", - Ukrayna lideri bildirib.


Onun sözlərinə görə, dünya bazarında neftin və neft məhsullarının bahalaşması, ilk növbədə, Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazının blokadaya alınması ilə bağlıdır.

Ukrayna Prezidenti enerji daşıyıcılarının qiymətinin artmasının səbəblərinin bütün dünyaya aydın olduğunu vurğulayıb və yaranmış vəziyyəti Ukraynanın fəaliyyəti ilə əlaqələndirmək cəhdlərini rədd edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑