Dünya · Azxeber.com

Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb xəbəri üçün şəkil
Misir-Sudan sərhədində yerləşən qızıl mədəninə hava zərbəsi nəticəsində 72 mədənçinin öldüyü iddia edilir.
Bu barədə "Haber Global" məlumat yayıb.
Sudanda fəaliyyət göstərən "Fövqəladə Vəkillər" adlı insan hüquqları təşkilatının açıqlamasına görə, Misir Hərbi Hava Qüvvələri oktyabrın 10-da Sudanın şimalında, Misirlə sərhəd bölgəsində yerləşən qızıl mədəninə zərbə endirib. Hücum nəticəsində 72 mədənçinin öldüyü bildirilir.
"Sudan Həkimlər Şəbəkəsi" də bölgəyə hava zərbəsi endirildiyini təsdiqləyib. Lakin təşkilat hücuma görə məsuliyyət daşıyan tərəfin kimliyi barədə məlumat verməyib. Hələlik heç bir tərəf hücumun məsuliyyətini üzərinə götürməyib.
Bəzi mənbələr zərbənin sərhədin Misir tərəfindəki əraziyə endirildiyini və Misir rəsmilərinin bundan əvvəl bölgənin boşaldılması barədə xəbərdarlıq etdiyini bildiriblər. Misirin Hərbi Hava Qüvvələri və Xarici İşlər Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑