İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunisdə bir çadıra hücumu nəticəsində üç nəfərin öldüyü bildirilir.
Tezadlar.az xəbər verir ki, səhiyyə mənbələrinə görə, İsrail pilotsuz təyyarəsi Xan Yunisin mərkəzindəki Cənubi Burak bölgəsindəki bir çadırı hədəfə alıb, nəticədə üç nəfər ölüb, digərləri isə yaralanıb.
Şahidlər dronun hədəf aldığı çadırda telefonların batareyalarının doldurulduğunu bildiriblər.
Bu arada, Şifa Xəstəxanasından mənbələr dünən İsrail əsgərlərinin Cəbəliya Qaçqın Düşərgəsində atəş açması nəticəsində ağır yaralanan 6 yaşlı Cihad İyad əl-Qandurun bu gün öldüyünü açıqlayıblar.
ELBAR






