Dünya · Sfera.az

Ər-Riyad hava limanında partlayış baş verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ər-Riyad hava limanında partlayış baş verdi xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının paytaxtındakı Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında partlayış baş verib.

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Sərnişinlər hava limanından təxliyə olunub.

Yəmən üsyançı hərəkatı Ənsar Allah (Husilər) tərəfindən idarə olunan SABA agentliyi xəbər verir ki, Riyad, Dammam və Abha hava limanlarının tamamilə bağlanıb. Agentlik həmçinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya təyyarələrinin Yəmənin paytaxtı Sənada husilər tərəfindən idarə olunan beynəlxalq hava limanına dörd hava hücumu həyata keçirdiyini iddia edib.

Oktyabrın 8-də Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib və Ənsar Allah hərəkatı məsuliyyəti öz üzərinə götürüb. Dövlətə məxsus Saudia aviaşirkətinin pilotu da daxil olmaqla üç nəfər həlak olub. Park edilmiş təyyarələrdən biri mərminin təsirindən ciddi şəkildə zədələnib./teleqraf

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑