Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanı yenidən hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, hava limanı boşaldılıb və uçuşlar dayandırılıb.
Aeroport rəhbərliyi isə sərnişinləri hava limanına getməzdən əvvəl uçuşlarının vəziyyətini aviaşirkətlərlə yoxlamağa çağıran bəyanat yayıb.
Qeyd edək ki, ötən gün Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumlar nəticəsində üç nəfər ölüb.
Bizim.Media
Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





